BaşlıcaSiyasət

Avropanı DQR məsələsi haqda məlumatlandırmağı davam edəcəyik: Avropa Azad Alyansının sədrinin müavini

Avropa Azad Alyansı nümayyəndə heyətinin Artsaxa edilən ikinci səfəri əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Bu barədə sentyabrın 2-də Avropa Azad Alyansı partiyasının sədr müavini Lopes de Lakalei və eyni partiyasının müdiri Günter Dauen ilə görüşdə DQR Parlamentinin sədri Aşot Ğulyan bildirib.

DQR Parlamentindən verilən məlumatlara görə, qonaqları salamlayan Aşot Ğulyan Avropa Azad Alyansının Artsaxa göstərilən dəstəyini yüksək qiymətləndirərək, Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin elan olunmasının 25-ci ildönümünə həsr olunmuş tədbirlərə onların qatılmasına da böyük əhəmiyyət verdi. “Əminəm ki, Avropa Azad Alyansının nümayyəndə heyətinin ikinci səfəri əməkdaşlıq üçün yeni imkanlar yaradacaq”,-deyə parlamentin sədri vurğuladı.

Artsax səfəri haqqında danışarkən Avropa Azad Alyansının müdiri Günter Dauen qeyd etdi ki, dəvəti böyük məmnuniyyətlə qəbul ediblər və Avropanı DQR məsələsi haqda məlumatlandırmayı davam etməyə hazırdırlar. “Artsaxda baş verən hadisələr Avropadakı qlobal proseslərdən uzaq deyillər”,-deyə Günter Dauen ifadə etdi.

Görüşdə DQR siyasəti, xüsusilə Artsax Demokrat Partiyası və Avropa Azad Alyansı arasında olan təcrübə mübadiləsi, partiyalararası olan platforma vasitəsilə Avropa quruluşlarında Artsax Respublikasının mənafelərinin qorunması və əməkdaşlığın genişlənməsi ilə bağlı məsələlər müzakirə olunublar.

Daha çox göstər
Back to top button