Siyasət

İranın XİN-i Azərbaycanda insan hqalarının pozulmasına toxunub

İran “Tasnim” xəbər agentliyinin bildirdiyənə görə, İranın XİN-in mətbuat sözcüsü Bahram Qasemin bu gün jurnalistlərlə görüşdə, Azərbaycanda insan haqlarının pozulmasına toxunaraq qeyd etdi ki, “Dövlətlərin daxili problemləri özlərinə aiddir. Biz regiondakı ölkələr xəbərdarlıq edirik ki, əgər öz ölkələrindəki qanunlar çərçivəsində fəaliyyət göstərən müsəlmanlarla kobut rəftar olunsalar, onda bunun nəticəsində terrorist quruplaşmalar əmələ gələcəklər”,- panorama bildirir.

İranın Xarici İşlər Nazirliyinin mətbat sözcüsü əlavə etdi ki, “Hökümətlərə məsləhət görürük ki, şəxsiyyət vəsigəsi olan və qanun çərçivəsində hərəkət edən müsəlmanlara yaxşı rəftər etsinlər və icazə verməsinlər ki, terror qruplaşmaları bu adamları istifadə etməsinlər”.

İran “Qafqaz.ir” saytının bildirdiyinə görə azadlıqdan məhrum edilən Azərbaycan İslam Partiyasının sədri Mohen Samadovun vəkili bildirib ki, Samadov həbsxanada ciddi nəzərət aldında saxlanılır və kameralardən izlənilir.

Daha çox göstər
Back to top button