Artur Varjapetyan artsxlılara yenə bağış etdi

Stepanakertdəki Veratsnund meydanında Rusiyalı erməni xeyriyyəçi Artur Varjapetyan tərəfindən DQR-nın bir sıra dövlət təşkilatlarına 15 “Chevrolet Niva” və “UAZ” maşınlarının rəsmi təqdimat mərasimi olub.
“Artsakhpress”-in müxbiri məlumat verir ki, mərasim açılışında DQR Əmək və Sosyal Məsələlər üzrə naziri Samvel Avanesyan çıxış edərək qeyd etdi ki, Artsaxda növbəti mühüm hadisə baş verir. “Erməni müasir tarixindəki bu cür hadisələr dünyaya bir daha göstərirlər ki, dünyaca səpələnmiş erməni xalqı ümummilli məsələlərdə birlikidir. Bu bayram günlərində Rusiyalı erməni, məşhur iş adamı və xeyriyyəçi Artur Varjapetyan bu gün burada bizimlədir”,- deyə S.Avanesyan qeyd etdi.
Artur Varjapetyan: “Mənim istəyim odur ki, Artsaxda sülh olsun və biz də millətimiz üçün vətənpərvər fikirlərimizi həyata keçirək. Ənənəyə görə, hər il sentyabırda xeyriyyə üçün Artsaxa gəlirəm. Artıq 10 ildir ki, Artsaxın yanındayam. Mən fəxr edirəm ki, bu şəkildə vətənimə yardım borcumu ödə bilirəm”.