
ER Prezidenti Serj Sarkisyan sentyabrın 5-də rəsmi səfərlə Ermənistana gəlmiş Gürcüstanın baş naziri Qiorqi Kvirikaşvilini qəbul edib.
ER Prezidentinin iş heyətinin ictimaiyyət və informasiya əlaqələri üzrə idarədən verilən məlumata görə,Respublikanın Prezidenti qonağın
bizim ölkəmizə gəlişini alıqşlayaraq ümidvar olduğunu bildirib ki, onun Yerevana ilk rəsmi səfəri iki dost xalqlar arasında əlaqələrin daha da sıxlaşmasıyla nümunəvi olacaq onunla da dövlətlərarası münasibətlərə yeni təkan veriləcəkdir.
Serj Sarkisyan yüksək səviyyəli qarşılıqlı səfərləri olduqca mühüm saymışdır.Onun fikrincə,bu konstruktiv və səmimi mühitdə erməni-gürcü gündəlik məsələləri müzakirə etmək üçün yaxşı imkandır.
Prezident deyib ki, Ermənistan və Gürcüstanın yalnız dost dövlətlər olmasını deyil, həm də iki xalqları tarixi cəhətcə çoxəsirli qardaşlıq münasibətləri bağlayır ki, ona da Ermənistanda qayğıyla yanaşılır.
Bütün bunları daima inkişaf etdirərək davam etmək zəruridir.İki ölkələr arasında mövcud olan siyasi dialoqun hazırkı yüksək səviyyəsi Respublika Prezidentinin qənaətincə ikitərəfli münasibətlərin bütün sahələrində daha da dərinləşdirməyə yeni keyfiyyətli səviyyəyə çatdırmağa icazə verir.
Səmimi qəbul üçün təşəkkür bildirərək baş nazir Qiorqi Kvirikaşvili qeyd edib ki, dost ölkədə olmağına şaddır belə ki, Ermənistanla Gürcüstanın münasibətlərinin əsrlər uzunu tarixi var. Gürcü xalqı və gürcü hökuməti həmin münasibətlərn inkişafına böyük əhəmiyyət verir.
Qiorqi Kvirikaşvilinin fikrincə iki ölkələr hökumətləri arasında mövcud qarşılıqlı anlaşma, eləcə də son illərdəki əməkdaşlıq dinamikası və aktiv ticari-iqtisadiyyat əlaqələri mövcud potensialı daha aktivliklə istifadə etmək üçün olduqca yaxşı əsasdır.
Ermənistan və Gürcüstan arasında möhkəm dostluq əlaqələri baş nazir Qiorqi Kvirikaşvilinin fikrincə Gürcüstan və Ermənistan üçün olduğu kimi həm də, ümumiyyətlə Cənubi Qafqazın sabitliyi üçün mühümdür.
Bu kontekstdə Gürcüstanın baş naziri ER Prezidentinə ikitərəfli münasibətlərin inkişafı işində böyük əməyi üçün təşəkkür bildirib.
Görüşdə həmsöhbətçilər qarşılıqlı maraq irəli sürən bir sıra sahələrdə əməkdaşlığı genişləndirmək imkanları və potensalı müzakirə ediblər.