Düz 61 il öncə bu gündə Türkiyədə erməniləri və yunanları qırır və talan edirdilər

Düz 61 il öncə 1955-ci il sentyabrın 6-7-də İstanbulda və İzmirdə ermənilər və yunanlara qarşı talan və zorakalıqlar edilib.
Dövlət isə öz təşkil etdiyi hadisələrə rahatlıqla baxırdı.Bu haqda News.am yazır.
Xatırlanan hadisələrin araşdırmaları göstərir ki, türk azğınlarının kütləvi qırıcılığı və talanı yaxşıca təşkil olunmuşdur.
Türk hakimiyyəti isə onun üzərində göz yumaraq qatillərin əməllərinə məhəl qoymayaraq onları İstambulu milli azlıqlardan, yunanlardan və ermənilərdən təmizləməyə buraxdı.
Türk quldurlarına özlərinin qanlı əməllərinə başlamaq üçün bəhanə lazım idi belə ki, həmin səbəb də yarandı.
Yunan hökuməti tərəfindən Salonikdə türklərə hədiyyə olunmuş “Atatürkün ev muzeyi”-nin həyətində nəsə partlayışın yerləşdirilməsi hansı ki, cəmi muzeyin şüşələrini sındırmışdır türklər üçün bəhanə oldu.
Türkiyənin dövlət radiostansiyası məlumatlandırdı ki, yunanlar Atatürkün evinin içərisində bomba yerləşdirib.
Baş nazirin yaxınlarından biri tərəfindən dərc olunan İstanbul Ekspres mətbusu günün yarısından sonra təccüblü sürətlə 300 min nəşrlə nömrə dərc etdi ki, o da dövlət tərəfindən yaranmış və himayə olunan “Kipr türkdür” birliyinin üzvüləri onu əhalinin arasında payladılar.
Hər şey planlaşdırılmış qaydada aparılırdı.Ermənilərin, yunanların və digər milli azlıqların evləri, xanlıqları və pavilyonlarını asanlıqla qırmaq və talan etmək naminə xüsusi rənglərlə işarələnmişdir.
Türklərin vəhşilikləri ərzində 16 nəfər öldürülmüşdür ki, onlardan üçü torbada yandırılmış şəkildə aşkar olunub.500-dən artıq xristianlar yaralanmışlar.
Ümumi hesabla 4214 ev, 1004 idarə, 73 kilsə, 26 məktəb və digər müəssisələr talana məruz qalmışdır.
Bu kütləvi qırğınların türk dövləti tərəfindən icra olunmasını təstiqləmək üçün, 1915-ci ildə Erməni Soyqırımını ATİLİM saytının dərcini harada qeyd olunur ki, Salonikin Atatürk evinin həyətindəki partlayışını təşkil edən Oktay Enqindir,onu təqdim edək.
Oktay Enqin Yunanıstanda partlayışı təşkil etdiyi üçün bir il cəzasını çəkdikdən sonra azadlığa buraxılıb və Türkiyəyə aparılıb.
Məhz oradan da öz kariyerasının gözlənilməz şəkildə yüksəlişinə başlanılıb (əvvəlan Türkiyənin mühüm olan rayonlarından birində Çankalanın rəhbəri, daha sonrasa polisin baş idarəsində siyasi məsələlərlə şöbə rəisi).
1971-ci ildə Oktay Təhlükəsizlik idarəsinin rəisi olur və 7 il vəzifəsində qalır. Bəs 1991-ci ildə Nevşehirin vilayət başçısı təyin olunur.
ABŞ-ın İstambuldakı konsulu Artur Riçard, ABŞ dövlətkatibliyinin göndərdiyi informasiyada qeyd edib ki, türk polisinin həmin vəhşiliklərin qarşısını almaq üçün heç nə etmədiyinin şahidi olub.
1955-ci ildə olan qırğınlardan sonra Türkiyənin xüsusi təyinatlı silahlı qüvvələrinin keçmiş rəisi Sabri Yirmibeşoğlu qeyd edib ki, 1955-ci il sentyabrın 6-7-də xüsusi təyinatlı silahlı qüvvələrinin işi idi, hansı ki, əla təşkil olunmuşdur.
Sonda isə, Türkiyənin keçmiş Müdafiə nazirinin bir dəfə dediyi sözünü xatırladaq: “Əgər ermənilər və yunanlar Türkiyədə qalsaydlar,doğurdanmı biz oxşar milli dövlət olacaqdıq?”