BaşlıcaSiyasət

Ermənistanda Ermənistan-Gürcüstan birgə müəssisələrinin qurulması Gürcüstan üçün perspektivdir

“Son illərdə iki ölkə iqtidarları arasında əməkdaşlıq var və Ermənistan-Gürcüstan əlaqələrində əhəmiyyətli inkişaf olub”. Bu haqda baş nazir Hovik Abrahamyan bu gün hökumətdə rəsmi səfərlə Ermənistana gələn Gürcüstan baş naziri Girogi Kvirikaşvilinin başçılık etdiyi nümayyəndə heyəti ilə görüşdə bildirib.

Baş nazirin sözlərinə görə, Ermənistan üçün Gürcüstanın rolu və əhəmiyyəti həm ikitərəfli əlaqələrdə, həm də bütün regionun təhlükəsizliyinin təmin edilməsində böyükdür.

“Son illərdə Ermənistan-Gürcüstan əlaqələrində müsbət inkişaf olub. Bir sıra yüksək səviyyəli rəsmi səfərlər olub. Bunların məqsədi isə əlaqələrimizin müxtəlif istiqamətlərdə inkişaf edilməsi idi. Yaxıdır ki, iqtisadi sahədə olkələrimizin arasındakı əməkdaşlıq yüksək səviyyədədir və birgə Hökumətlərarası Komissiyasının işi effektivdir”,- deyə Gürcüstan baş naziri vurğuladı.

Hökumətin  informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, Hovik Abrahamyan qeyd edib ki, Ermənistanda Ermənistan-Gürcüstan birgə müəssisələrinin qurulması perspektivli olacaq və beləliklə Gürcüstan şirkətlərinin Avrasiya İqtisadi İttifaqının vahid bazarına giriş asanlaşacaq. Gürcüstanın baş naziri bu fikrini alqışlayaraq gələcək addımlarının birgə iş qrupunda müzakirə olunmasını təklif etdi.

Gürcüstan baş naziri təbii fəlakətlərdən Verin Larsda olan problemlərə toxunaraq qeyd etdi ki, Ermənistan və Gürcüstan Nəqliyyat nazirlikləri aktiv şəkildə əməkdaşlıq edirlər və onların aradan qaldırılması üçün çox çalışırlar.

Daha çox göstər
Back to top button