BaşlıcaMədəniyyət

Andre: Azərbaycan nümayəndə heyəti “Sari ağcik” mahnımı dayandıra bilmirdi və səssizcə izləyirdi

Azərbaycanlı müğənni Aygün Kazimova bu günlərdə Almaniya Hamburg şəhərində keçirilən “Daf Bama Music Awards” beynəlxalq mükafatlandırma mərasimində öz çıxışı barədə dezinformasiya yayımadadır.

Müğənni öz mətbuat xidmətinin yalan xəbərlər yayılmasını məlum olduqdan sonra həttə bildirib ki, “erməni təxribatının qarşısını aldı”. Onun sözlərinə görə, onun müdaxiləsindən sonra Siruşo “Sari ağcik” mahnısını oxumadı. Lakin müğənni Andrenin açıqlamasından və mahnını özü tərəfindən oxuduğunu isbat edən videonu göstərdikdən sonra Kazımova öz sözlərini dəyişməli oldu.

Bu dəfə isə, azərbaycanlı müğənni açıq ermənifobik bəyanat ilə çıxış edib: “Onların adları məni maraqlandırmır. Onların bir adı var, o da “erməni” və biz onlara arzularına çatmağa imkan vermədik”.

Lakin Andrenin rəsmi internet səhifəsində paylaşmış videoya görə, Kazımova və Azərbaycan nümayəndə heyəti səssizcə onun çıxışını izləyirdilər.

Kazımova Azərbaycan xalqında öz yalanlarına daha çox ağırlıq vermək üçün bildirdi ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, İdman və Gənclər Nazirliyi, Azərbaycanın Berlindəki səfirliyi məsələyə qarışdılar və Andre bu mahnını oxuya bilmədi.

Lakin Aysor.am müxbiri ilə müsahibədə Andre Kazımıvanın dediklərinin yalan olduğunu bildirib: “Əvvəlcə “Sari ağcik” mahnı çıxış üçün deyildi. Mən çıxış üçün başqa bir mahnı hazırlanmışdım və beləliklə heç bir qadağan ola bilməzdi. “Sari ağcik” mahnını isə, mən məşqdə oxumuşam. Azərbaycan nümayəndələri bu vaxt zalda idilər, lakin müdaxilə edə bilmədilər.Buna görə də, “təxribatın qarşısını almaq” demələri mənə çox gülməli gəldi.

Bundan başqa, Vesti.az yazıb ki, erməni müğənni A.Kazımovanın “Sarı gəlin”i oxumasından bərk əsəbləşdiyini də gizlətməyib, lakin bu, ümumiyyətlə absurddur, çünki Kazımova bu mahnını oxumadı belə.

Eyni zamanda, öz xalq artistinə kömək etməyə çalışan Vesti.az qeyri-peşəkarlığı göstərərək News.am və Panorama.am-ə istinadən Andreinin iki müsahibəsini yayıb.

“Mən anlamıram, bir qadın, həm də mədəniyyət və incəsənət insanı Azərbaycan medyasında ermənifobyası ilə necə fəxr edə bilir və deyir ki, “mən müharibədə iştirak edən, ermənilərə atəş açan qadınam”. Bu, onun xaıq artisti statusuna da təsirlənər, lakin bu azərbaycanlıların daxili məsələsidir. O, Qarabağa təşəkkür edərək gülməli vəziyyətə düşdü, çünki Artsaxda onun haqqında belə eşidməmişlər. Orada xalq tərəfindən sevilən çox istedadlı müğənni var və xalq Azərbaycan mahnıları heç eşidmir”, – deyə müğənni qeyd etdi.

Daha çox göstər
Back to top button