
Ermənistan bir körpü olaraq böyük bazarlara doğru” konfransı ərzində nəhəng investisiya proqramları müzakirə olunacaq.
Made in Armenia-2016 sərgisi çərçivələrində “Ermənistan bir körpü olaraq böyük bazarlara doğru” rəmzini daşıyan iqtisadiyyat konfransı keçiriləcək.
Sentyabrın 7-də jurnalistlərlə görüşərkən bu haqda Ermənistanın inkişaf fondunun icraedici müdiri Qaren Mkrtiçyan bildirib.
“Konfrans ərzində tarnsport, əzcazçılıq, kənd təsərrüfatı sahələri investisiya proqramları müzakirə olunacaqdır.
Konfransda dövlət və özəl sektorun nümayəndələri Ermənistandan, Avrasiyanın İqtisadiyyat İttifaqına üzv ölkələrdən,İrandan iştirak edəcəklər” –deyərək Mkrtiçyan qeyd edib.
O, əlavə edib ki, konfransın məqsədi Ermənistan iqtisadiyyatının mövcud potensialını nümayiş etməkdir.
“Biz, konfrans ərzində geniş əhatəli investisiya proqramlarını təqdim etməyi nəzərdə tutmuşduq.
Onlar transport, energetika və başqa sahələrdə dövlət proqramları olacaq” – deyərək Ermənistanın İnkişaf fondunun icraedici müdiri bəyan etdi.
“Ermənistan böyük bazarlara doğru bir körpü kimi” iqtisadiyyat konfransı Yerevanda sentyabrın 20-də keçiriləcəkdir.