MDB ölkələrinin baş prokurorları Minskdə terrora qarşı mübarizənin yollarını araşdıracaqlar
MDB (Müstəqil Dövlətlər Birliyi) iştrakçı olan dövlətlərinin baş prokurorları sentyabrın 7-də Minskdə terrorizmə və ekstremizmə qarşı mübarizə sahəsində iş təcrübəsini müzakirə edəcəklər. MDB-nin Belarus paytaxtındakı qərargahının mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 7-də Minskdə MDB iştirakçısı olan dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 26-cı iclası keçiriləcək.
İclasında Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistanın Baş Prokurorluqlarının, MDB ölkələrinin baş prokurorlarının əlaqələndirmə şurasının katibliyinin və MDB İcraiyyə Komitəsinin nümayəndə heyətləri iştirak edəcəklər.
İclas iştirakçıları Azərbaycanda terrorizmə və digər zorakı ekstremizm təzahürlərinə qarşı, Ermənistanda və Belarusda iqtisadi cinayətkarlığa qarşı mübarizə üzrə iş təcrübəsini və başqa məsələləri müzakirə edəcəklər.
“РИА Новости” məlumat verir ki, iclasda Nürnberqdə beynəlxalq hərbi tribunalın 70 illiyinə dair bəyanat məsələsinə də baxılacaq və MDB ölkələrin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının rəhbəri seçiləcək.