“Ordu-2016”: Ermənistan, Belarus və Qazaxıstan hər kəsi heyran etdi

Moskva yaxınlığındakı “Patriot” parkında “Ordu-2016” beynəlxalq konfransın açılış mərasimi olub. Mərasimdə 80-dən artıq ölkə iştirak edib.
Sputnik məlumat verir ki, hərbi, sənayə və texniki əməkdaşlığın gücləndirməsinə həsr olunmuş iclasda RF Müdafiə naziri Sergey Şoygu çıxış etdi.
Keçən ilə görə, bu konfransın xüsusiyyətlərindən biri avadanlığın yeniliyidir. Bu dəfə nümayəndələrin sayısı da daha böyükdür. Avadanlığı görmək üçün Venesuela, Serbiya, Çin və Şimali Koreyadan mülki və hərbi şəxslər gəliblər. Üç post-sovet ölkələri, KTMT müttəfiqləri Ermənistan, Belarus və Qazaxıstan silah və texniki yeniliklər ilə sərgi təşkil ediblər.
“Təbii ki, bu hərbi sahədə beynəlxalq əməkdaşlığa töhfə verəcək”,- deyə RF Müdafiə naziri bildirib. “Əminəm ki, “Ordu-2016” forumda müdafiə nazirlikləri və elmi-sənaye komplekslərin nümayəndələri arasında fikir mübadiləsi olacaq. Bu məqsədilə konfransda 100-dən artıq tədbirlər olacaqlrar”.
Belarus yeni optik sistemləri, hərbi robotlar və “Avtojir” uçan aparatı, Ermənistan isə dağ şəraitində istifadə üçün artilleriya qurğuları təqdim ediblər.
Qazaxıstan zirehli texnika nümayiş etdirdi. “Ordu-2016” forumu sentyabrın 11-dək davam edəcək. “Ordu-2016” forum 80 min kvadrat metrdən artıq yerdə yerləşdirildi. Hərbi və xüsusi texnikanın göstərilməsi üçün isə, 100 min kvadrat metrdan artıq çox məqsədli açıq platforma ayırmışdı.