Beynəlxalq

Türkiyədə hakim partiyanın üzvü olan 3 deputat həbs edilə bilər

Türkiyədə dövlət çevrilişinə cəhddə iştirakda təqsirləndirilən Fəthullah Gülən hərəkatına qarşı əməliyyat çərçivəsində hakim Ədalət və İnkişaf Partiyasının üzvü olan 3 deputat həbs edilə bilər.

Bu barədə “Hürriyyət” qəzeti  məlumat verir.

Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən həmin deputatların adları açıqlanmır.

Bundan əlavə, yayılan məlumatlarda AKP üzvü olan 48 deputatın da Gülən hərəkatı ilə əlaqəsi olduğu deyilir. Ölkə hakimiyyəti bu məlumatı hələ təsdiq etməyib.

“Milliyet” qəzeti isə  yazır ki, hazırda Ankara Baş Prokurorluğunda həmin deputatların toxunulmazlıq hüququndan məhrum etmə prosesi gedir.

Daha çox göstər
Back to top button