
Rusiyada Ermənistan üçün pulsuz və ya imtiyazlarla ER SQ-na lazım olduğu qədər kadırlar hazlrlanacaq. Bu haqda KTMT-nin baş katibi Nikolay Bordyuja müsahibədə bildirib.
Rusiyada təhsil alan 200-ə yaxın ER SQ-nin hərbçilərinin (kursantlar) sayısı 200 ilə artırma niyyəti ilə bağlı jurnalistlərdən birinin sualına Bordyuja cavab verib ki, “Demək istəyirəm ki, Yerevan üçün hazırlanan kadırların artırılması Ermənistan Ordusunun Komandirliyi mövqelərində hərbçilərin təyinat tələblərinin cavabı idi. Beləliklə, ER-na lazım olduğu qədər kadırlar hazlrlanacağıq”.
Bordyuja əlavə etdi ki, Rusiyadatəhsil alan hərbçiləri KTMT dövlətləri üçün hərbi kadırlar hazırlanmaya dair razılaşma ilə pulsuz və ya imtiyazlarla oxuyurlar.
Bu razılaşma ilə KTMT dövlətləri üçün Rusiya hərbi-tədris müəssisələrində kvotalar ayrılmışdır. Bu kvotalar hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin və digər təhsil müəssisələrində oxumaq üçün ayrılmışdır.
Bordyuja qeyd etdi ki, ER Silahlı Qüvvələrinin kadırları yalnız Rusiyada deyil, Belarusda da hazırlanıblar.
Xatırlataq ki, iyulun 15-də Rusiya Müdafiə naziri Sergey Şoygun Ermənistan Müdafiə naziri Seyran Ohanyan ilə görüşdə hərbi-tədris məsələlərini müzakirə ediblər. Şoygu bildirib ki, bu il Ermənistandan artıq 200 zabit təhsil alamaq üçün müraciət edi və Moskva da təsdiq etdi.
Qeyd edək ki, ER SQ-nin zabitləri (kursant) i Çin, Almaniya, Yunanıstan, Böyük Britaniya, Litva və Estoniya kimi ölkələrdə təhsil alırlar.