Siyasət
“Deutsche Welle” əməkdaşının adı Azərbaycan Xarici işlər Nazirliyinin “qara siyahı”-na salınacaq

Alman “Deutsche Welle” media şirkətinin jurnalisti Naomi Konradın adı Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”-na salınacaq.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Bu qərarın səbəbi isə, jurnalistin Dağlıq Qarabağa səfəridir.
Hacıyev bildirib ki, Azərbaycanın Almaniyadakı səfirliyi məsələ ilə əlaqədar Azərbaycan tərəfinin mövqeyini “Deutsche Welle” media şirkətinə çatdıracaq.