Siyasət

DQ məsələsi ilə bağlı Moskvada məsləhətləşmələr keçiriləcək

APA xəbər agentliyinin verdiyi məlumata görə, bu gün Rusiya paytaxtında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr  keçiriləcək.

APA-nın Moskva müxbiri məlumat verir ki, ATƏT-in Minsk Qrupu həmsədrləri olan İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrie (Fransa) növbəti məsləhətləşmələr üçün Moskvada toplaşıblar.

Məsləhətləşmələrdə ATƏT sədrinin şəxsi köməkçisi Anjel Kaspşik də iştirak edəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin  nizamlanması ilə bağlı aktual məsələlərin müzakirə olunacağı, mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların reallaşdırılmasının gedişatına xüsusi diqqət yetiriləcəyi bildirilib.

Həmsədrləri Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi də qəbul edəcək.

Daha çox göstər
Back to top button