
Uruqvayda işgüzar səfərdə olan ER Parlamentinin vitse-spikeri, Ermənistan-Uruqvay parlamentlərarası dostluq qrupunun rəhbəri Eduard Şarmazanovun başçılıq etdiyi nümayəndə heyəti Uruqvay Şərq Respublikasının Nümayəndələr Palatasının sədri Xerardo Amarija ilə görüşüb.
Bu haqda ER Parlamentinin mətbat xidmətindən məlumat veriblər.
Məmnuniyyətini dilə gətirən Eduard Şarmazanov bildirb ki, iki ölkə arasındakı əlaqələr xoşməramlıq, anlaşma və dəstək üzrə əsaslanırlar.
Erməni nümayəndə heyətinin rədbəri vurğuladı ki, Ermənistan Latın Amerikası ölkələri, o cümlədən Uruqvay ilə çoxtərəfli əməkdaşlıqda maraqlıdır.
ER Parlamentinin vitse-spikeri Erməni Soyqırımının tanınması prosesinə toxunaraq qeyd etdi ki, “Beynəlxalq ictimaiyyət tərəfindən Erməni Soyqırımının tam tanınması üçün hər cür səy edərik. Belə cinayətlərin kütləvi pisləməsi bəşariyyətə qarşı cinayət qarşısının alınmasına töhfə verəcək. Soyqırımın tanma prosesində Uruqvay bütün dünyaya nümunə kimi universal dəyərlərə sadiqliyini nümayiş etdi”.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması haqqında danışaraq isə, Şarmazanov qeyd etdi ki, Ermənistan və Artsax münaqişənin sülh yolu ilə həllinin tərəfdardır və artsaxlıların öz müqəddəratını təyinetmə hüquqununa alternativi yoxdur.
Parlamentin vitse-prezidenti qürurla qeyd etdi ki, Ermənistan-Uruqvay əlaqələrin dərinləşməsi üçün iki ölkə arasında körpü olan erməni cəmiyyətin əhəmiyyətli rolu var.