Beynəlxalq

Türkiyənin İnönü Üniversitetinin 25 əməkdaşı həbs edilib

Türkiyədə qarşısı alınmış hərbi çevrilişlə əlaqədar saxlanılan İnönü Üniversitetinin 27 əməkdaşından 25-i həbs olunub

Türkiyə mediası yazır ki, ilkin araşdırmadan sonra 2 nəfər sərbəst buraxılıb, qalanları barəsində isə həbs qətimkan tədbiri seçilib.

Saxlanılanlar Universitetin müəllim və elmi işçiləridir.

Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisə nəticəsində 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Daha çox göstər
Back to top button