Dağlıq Qarabağ məsələsinə dair məsləhətləşmələr qrafika uğun olaraq keçirilir

Dağlıq Qarabağ münəqişəsinin nizmlanmasına dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin məsləhətləşmələri planla nəzrdə tutulan qrafika uyğun keçirilir.
Bu barədə RF XİN rəsmi nümayəndəsi Maria Zaxarova, RF XİN başıçısı Sergey Lavrovla Minsk qrupunun həmsədrləri arasında keçirilən məsləhətləşməlindən təfərrüatlar verə biləcəkmi sualına cavab verərkən deyib.
O, həmsədrlərin öz aralarında keçirdiyi məsləhətləşmələrin hazırda davam etdiyini və məsləhətləşmələrin yekunu barədə əlavə məlumat veriləcəyini söyləyib. Daha əvvə məlum oldu ki, həmsədrlər rusiyalı İqor Popov, amerikalı Ceyms Uorlik və fransalı Pyer Andryö, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anjey Kasprşik Sergey Lavrovla mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sammitlərdə əldə edilən razılaşmaların reallaşdırılmasının gedişatı daxil olmaqla, Dağlıq Qarabağ məsələsini müzakirə ediblər. Tərəflər, həmçinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki cari vəziyyəti müzakirə ediblər.