BaşlıcaSiyasət

Eduard Şarmazanov: Müzakirələr prosesində maneələr yaradan yalnız Azərbaycandır

İşgüzar səfəri ilə Uruqvaya gedən ER Parlamentinin vitse-spikeri, Ermənistan-Uruqvay parlament dostluq qrupunun sədri Eduard Şarmazanovun başçılıq etdiyi nümayəndə heyəti Uruqvay Şərq Respublikasının vitse-prezidenti, Senatın sədri Raul Sendika ilə görüşdü. Bu haqda ER Parlamentinin ictimaiyət və informasiya vasitələriylə əlaqələr şöbəsi məlumat verib.

Tərəflər iki ölkə arasındakı əməkdaşlığın genişlənməsi və inkişafına böyük əhəmiyyət veriblər. Qeyd edildi ki, uzaq məsafəyə baxmayaraq Ermənistan və Uruqvay dost ölkələrdir.

Parlamentin vitse-spikeri məmnuniyətlə qeyd etdi ki, dünyada Uruqvay 1965 ildə Erməni Soyqırımını tanıyan ilk dövləti idi: “Biz türk inkarlarına qarşı birgə mübarizə etməliyik. Sonunda Türkiyə öz tarixi ilə üzləşməlidir”,- deyə Eduard Şarmazanov vurğuladı. Uruqvay vitse-prezidenti Raul Sendik isə, beynəlxalq ictimaiyyət tərəfindən Erməni Soyqırımının tanınmasının və qınamasının önəmli olduğunu bildirdi.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə də toxunublar. Parlamentin vitse-spikeri bu barədə qeyd etdi ki, Azərbaycan Artsax ermənilərinin öz müqəddəratını təyinetmə prinsipinə hörmət etməlidir. Müzakirələr prosesində maneələr yaradan yalnız Azərbaycandır. Onun davranışı qəbuledilməzdir. Ermənistan nümayəndələri Sukias Avetisyan və Mikayel Manukyan vurğuladılar ki, Azərbaycan hələ dialoqa hazır deyil.

Raul Sendik qeyd etdi ki, Uruqvay Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır və münaqişənin hərbi yolla həl etmə cəhdlərinə qarşıdır.

Daha çox göstər
Back to top button