
ER Prezidentinin rəsmi saytında qeyd olunduğu kimi Prezidentin sərəncamında qismən deyilir: “2005-ci ildəki dəyişikliklərlə Ermənistan
Respublikasının Konsitusiyasının 55-ci Məcəlləsinin 4-cü bəndiylə rəhbərlənərək, Ermənistan Respublikasnın baş naziri
Hovik Abrahamyanın təqdim etdiyi istefanı əsas götürməklə qərara gəlirəm:
1. Ermənistan Respublikası hökumətinin istefasını qəbul etməli
2. Ermənistan Respublikası hökumət üzvüləri yeni hökumətin təşkil olunmasına kimi məsuliyyətlərini davam etdirməli
3. Həmin sərəncam imzalanma anından etibarən qüvvəyə minir”
Xatırladaq ki, dünən hökumətin növbəti iclasının sonunda baş nazir Hovik Abrahamyan bəyanatla çıxış edərək istefa verməsi barədə bəyan etdi.
Daha sonra ERP şurasının iclası zamanı ER Prezidenti Serj Sarkisyan , baş nazir vəzifəsində Qaren Karapetyanın namizədliyini irəli sürmək barədə elan etdi.