Beynəlxalq

Lənkəranda ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 5 nəfər yaralanıb

Bu gün səhər saatlarında Lənkəranın Boladı kəndi ərazisində ağır yol qəzası baş verib.

Qəza nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qəza “VAZ 2106” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində qeydə alınıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, qəzanın baş verdiyi magistral yol hələ tam istifadəyə verilməyib.

Daha çox göstər
Back to top button