Erməni Soyqırımı

Vinnitsada Erməni Soyqırımı qurbanlarının xatirəsinə xaçkar açılıb

Ukraynanın Vinnitsa şəhərində Erməni Soyqırımına həsr olunmuş xaçkar açılıb.

Analitikaua.net-in verdiyi məlumata görə, xaçkar Surb (müqəddəs) Harutyun kilsədə yerləşdirilib. Xaçkar Ukrayna Erməni Kilsəsinin rəhbəri yepiskop Markos Hovhannisyan tərəfindən müqəddəs yağla sürülüb.

Ukraynadakı erməni birliyinin direktoru Davit Mkrtçyanın sözləri ilə açılış mərasimdə Pravoslav kilsəsinin, şəhər hakimiyyətinin və müxtəlif şəhərlər və rayonlardan erməni icmasının nümayəndələri, yerli sakinləri iştirak ediblər.

Ukraynanın Nikolayev, Poltava, Dnepr, Kirovograd, Ujgorod və digər şəhərlərində də xaçkarlar var, Xarkov şəhərində isə, Erməni Soyqırımına həsr olunmuş abidə açılmışdı.

Daha çox göstər
Back to top button