Təhlil

Bu münaqişəni idarə olunan hesab edənlər, yanılırlar: Amerikalı həmsədr

“Biz ümid edirik ki, danışıqlar illərlə davam etməyəcək, ancaq əlbətdə ki, bu münaqişənin həllində qəfil dönüşə də ümid etmək yersizdir”

“İnterfaks”-ın “Bəs razılaşmanın əldə edilməsi üçün hansısa vaxt çərçivəsi varmı və ya nizamlama yenə illərlə davam edəcək?”sualına belə  cavab verib.

“Biz ümid edirik ki, danışıqlar illərlə davam etməyəcək, ancaq əlbətdə ki, bu münaqişənin həllində qəfil dönüşə də ümid etmək yersizdir. Ancaq bizim irəli getmək üçün yolumuz var, konkret təkliflər var. Prezidentlər bu məsələ ilə məşğuldur.

Mən məsələnin sabah, bir həftə və ya bir ay sonra həll ediləcəyinə dair təxmin irəli sürə bilmərəm, ancaq prezidentlər siyasi iradə nümayiş etdirsələr nizamlamanın bütün şərtləri hazırdır.”

“Sizə elə gəlmirmi ki, bu münaqişənin qalması kiməsə sərfəlidir, onu dondururlar və yenidən qaynar fazaya keçir?” sualına Ceym Uorlikin cavabı belə oldu:

“Bir çoxları bunu dondurulmuş münaqişə adlandırır, ancaq biz xüsusən son illərdə görmüşük ki, bu belə deyil. Aprelin əvvəllərində biz gördük ki, münaqişə necə təhlükəli ola bilər.

Mən bir neçə il əvvəl həmsədr vəzifəsinə təyin olunanda təmas xəttində ən böyük təhlükə snayperlər idi. Və bu çox kədərlidir ki, snayperlərin dueli nəticəsində xeyli insan həlak oldu.

Bu gün situasiya daha təhlükəlidir, biz təmas xəttində raketləri və digər ağır silahları görürük. Apreldə bizə gördük ki, bu necə təhlükəli ola bilər. Hesab edirəm ki, münaqişənin bütün bu ağır silahlardan istifadə olunmaqla yenidən eskalasiyası riski var. Təkcə eskalasiya riski deyil, hansısa yanlışlıq üzündən də bu baş verə bilər.

Ona görə də mən bu münaqişəni dondurulmuş adlandırmıram, mən onu  bizim tərəfdən böyük diqqət tələb edən çox fəal münaqişə hesab edirəm. Hesab edirəm ki, kimsə bu münaqişəni idarəolunan hesab edirsə səhvə yol verir. Bu səbəbdən nizamlanmanın yolları, düşünürəm ki, Rusiya, Fransa və ABŞ-ın birgə işləyə biləcəyi sahədən keçir”

 

Daha çox göstər
Back to top button