BaşlıcaSiyasət

KTMT-na Seyran Ohanyan rəhbərlik edəcək: İnterfaks

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) yeni baş katibi Ermənistanın müdafiə naziri Seyran Ohanyan olacaq.

Bu barədə “İnterfaks” sebytabırın 11-də Rusiya hökumətindəki mənbəyinə istinadən məlumat yayıb.

“Seyran Ohanyan tezliklə Müdafiə Nazirliyinin başçısı vəzifəsindən azad olunacaq. O, KTMT baş katibi postunu tutacaq”, – deyə mənbə bildirib.

KTMT-nın hazırkı baş naziri Nikolay Bordyuja isə yeni baş katibin adının təşkilatın bu il oktyabrın 14-də Ermənistanda keçiriləcək iclasında açıqlanacağını deyib.

“Yeni baş katib Ermənistan nümayəndəsi olacaq”, – deyə o bildirib.

Daha çox göstər
Back to top button