BaşlıcaTəhlil

Nizamlama Dağlıq Qarabağın statusunun əvəzində bu ərazilərin bir hissəsinin Azərbaycanın nəzarətinə qaytarılmasını nəzərdə tutur

Qarabağ münəqişəsinin nizamlanması Dağlıq Qarabağın statusunun əvəzində bu ərazilərin bir hissəsinin Azərbaycanın nəzarətinə qaytarılmasını nəzərdə tutur.

Bu barədə “İnterfaks”-la müsahibədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceym Uorlik “ABŞ üçün Qarabağ münaqişəsinin ideal həll yolu necədir?” sualına cavab verərkən deyib.

Fransa və Rusiya üçün necədirsə bizim üçün də elədir. Sülhün əldə edilməsinə yönəlmiş cəhdlər kifayət qədər uzun çəkir və bu işə xeyli qüvvə sərf olunur. Münaqişə həddən artıq uzun çəkir, 20 ildən çoxdur ki, həddən artıq insan həlak olub. Münaqişə isə nizamlana bilər. Bizim nizamlamaya dair planımız var və biz onları müzakirə edirik.”,-deyə Urolik vuğuladı.

“Bizim üçün ideal həll yolu odur ki, qalib və məğlub tərəf olmasın, hər iki tərəfə sərfıli həll yolu tapılsın. Bir çox illər ərzində digər məsələlər barədə danışıqlar aparmış adam kimi deyə bilərəm ki, əgər tərəflərdən biri qurbanlara və kompromislərə getsə danışıqlar uğurlu ola bilməz. Danışıqlar o vaxt uğurlu olarkı ki, hər iki tərəf qazansın-Ermənistan və Azərbaycan sakinləri, bütün region sülh və təhlükəsizlik şəraitində yaşamaq haqqına malikdir.”

Ermənilərin və azərbaycanlıların yan-yana yaşamasına gəlincə Uolik belə deyib:

“Çox da uzaq olmayan keçmişdə ermənilər və azərbaycanlılar yanaşı və sülh şəraitində yaşayırdılar. İndi həmin dövrlər keçib. Kədərlidir, ancaq faktdır ki, ermənilərin və azərbaycanlıların yeni nəsli bir-birlərini tanımadan böyüyür. Onlar bir-birləri haqda ancaq KİV-lərdən, xəbərlərdən eşidirlər. Biz insanlar arasında təmas görmək istərdik. Və dinc nizamlama kimi biz istərdik ki, azərbaycanlılar və ermənilər birlikdə yaşaya bilsinlər. İnanıram ki, Ermənistanda da, Azərbaycanda da bir çox sakinlər buna hazırdır.”

“Sizcə bu mübahisə necə nizamlana bilər?” sualına isə amerikalı həmsədr belə cavabladı.

“Əlbətdə. Nizamlama Dağlıq Qarabağın  statusunun əvəzində bu ərazilərin bir hissəsinin Azərbaycanın nəzarətinə qaytarılmasını nəzərdə tutur. Bu, nizamlama şərtləridir, lakin yeganə şərtlər deyil. Qaçqınların qayıtması, beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi. Bütün bu elementlər dinc nizamlama variantının şərtləridir və hamıya bəllidir. Biz gərək tərəflərlə işləyək ki, bütün bu şərtləri birləşdirək və dinc həllə nail olaq, regionun əhalisi də bundan qazana bilsin.”

 

Daha çox göstər
Back to top button