
“Biz tərəflərin heç birinə silah vermirik. Ancaq müdafiə təyinatlı silahlar veririk, özü də çox məhdud miqdarda. ” Bu barədə ATƏT-in Minsk qrupunun amerikaklı həmsədri Ceym Uorlik “İnterfaks”-la müsahibədə deyib.
“Biz başa düşürük ki, Rusiya və ABŞ fərqli situasiyalardadır. Rusiya hər iki tərəflər uzunmüddətli münasibətlər tarixçəsinə malikdir və uzun müddətdir onlarla dostluq edir. Biz bu münasibətləri başa düşürük.
ABŞ da Ermənistan və Azərbaycanla sıx əməkdaşlıq edir, ancaq başqa cür. Biz tərəflərin heç birinə silah vermirik. Ancaq müdafiə təyinatlı silahlar veririk, özü də çox məhdud miqdarda. Lakin Azərbaycana gəldikdə bizim Konqresin qanuni mandatı var və bu, həmin ölkəyə Dağlıq Qarabağa hücum üçün istifadə edilə bilən silahların verilməsini qadağan edir. Beləliklə, biz tərəfləri silahla təchiz etmirik. Hesab edirik ki, hər iki tərəflə strateji qarşılıqlı münasibətlərimiz var.”,-deya Uorlik bəyan edib.
“Biz bu məsələləri müzakirə edirik. Çalışırıq ki, dinc nizamlamaya nail olaq. Məncə dövlət katibi Con Kerri də xarici işlər naziri Sergey Lavrovla birgə işini qiymətləndirərkən bu cür deyərdi.”,-deyə amerikakl həmsədr əlavə etdi.