Ermənistan Qarabağ məsələsində NATO-nun təmkinli mövqeyini qiymətləndirir

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsində NATO-nun təmkinli mövqeyini qiymətləndirir. “Gələcək çətinliklər- Uelsdən Varşavaya qədər NATO” adlı konfransda bu haqda ER Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Artak Zakaryan bildirib.
Zakaryan: “Biz Azərbaycan tərəfindən NATO-nun bəyannamələrini Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirələrə süni platformaya çevirmək və ya NATO-nu bu münaqişəyə daxil etmək cəhdlərini qəbul etmirik. Bunun üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri var”.
Onun sözlərinə görə, təhlükəsizlik sahəsində müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı beynəlxalq əlaqələrdə bir zərurətdir. “Ermənistan üçün NATO ilə əlaqələrin inkişafı çok önəmlidir və ümarım ki, bu əlaqələr gələcəkdə daha da effektiv olacaqlar”,-deyə deputat yekunlaşdı.