İctimaiyyət

Oktyabrın əvvəlində Tehranda “Ermənistan Ekspo” adlı sərgisi keçiriləcək

Tehranda oktyabrın 5-dən 8-dək Ermənistanın İqtisadiyyat Nazirliyi, Ermənistan İnkişaf Fondu və ER-nın İrandakı səfirliyi tərəfindən təşkil edilmiş Ermənistan mallarının və xidmətlərinin “Ermənistan Ekspo” adlı sərgisi keçiriləcək.

ER Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, sərgi iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin genişlənməsinə, qarşılıqlı investisiyaların təşviqinə, turizmin inkişafına və kommersiya əməliyyatlarının sadələşdirilməsinə qatqı təmin edəcək.

Daha çox göstər
Back to top button