Siyasət

Putin, Lukaşenko və Nazarbayev oktyabr ayında Ermənistana gələcəklər

Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev oktyabrın 14-də Yerevanda KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edəcəklər.

KTMT yeni baş katibinin adı oktyabrın 14-də Yerevanda keçirilən KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında açıqlanacaq. KTMT-nin baş katibi postunu Ermənistan nümayəndəsi tutacaq.

Yayınan xəbərlərə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsinə Ermənistanın müdafiə naziri Seyran Ohanyan təyin ediləcək.

Daha çox göstər
Back to top button