Beynəlxalq

Azərbaycanda günbəgün artan intihar hadisılərin səbəbi

Bakıda qız özünü asıb”, “Yeniyetmə özünü eyvandan atdı”, “Qız Bakı bulvarında özünü dənizə atdı”, “Gənc oğlan həyatına qəsd etdi”-  bu cür başlıqlar artıq heç kəsi təəccübləndirmir.

1news.az yazır:

Bütün bunların arxasında nə dayanır? Ən əsası isə gəncləri həyatdan könüllü köçməyə nə vadar edir? Təəssüflər olsun ki, bu gün intiharların statistikası aparılmır. Eləcə də yeniyetmələrin inkişafı, onları ölümə sürükləyən səbəblər sona qədər araşdırılmır.

Hazırda kriminal göstərici və ya “Özünə öldürmə həddinə çatdırma” maddəsi ilə ittiham olunanları nəzər almırıq. Biz, intihara aparan psixoloji səbəblərdən, bunun nəticələrindən bəhs etmək istəyirik. Ən azından bu faciələrin gələcəkdə təkrarlanmamasının və ya sayının azalması üçün araşdırmaq lazımdır.

Kimlər risk qrupundadır?

Əlbəttə ki, sadəcə olaraq: “Normal olmayan və ya gizli psixi gerilikləri olan insanlar – hər kəs intiara meyillidir” də söyləmək olar. Məsələ burasındadır ki, intihar hadisəsinin arxasında ayrıca bir ömür dayanır: burada yeniyetmənin faciəsi, onun valideynləri , onlarla münasibəti, yaxınları və böyükləri, eləcə də məktəbdəki münasibətlərindəki anlaşılmazlıq da aiddir.

Bir çox suallar yaranır: özünə qəsd edən gənc ata-anasının nələrə məhkum etdiyini anlayırmı? Onlar dərk edirlərmi ki, uşağı dünyaya gətirən, böyüdən, əzizləyən valideynlər üçün övladlarının onlardan tez həyatdan köçməsi nə deməkdir? Onlar övladlarının üzünü, gülüşünü, “Ana, mən səni sevirəm”, “Ata, sən hamıdan yaxşısan” sözlərini bir daha eşitməyəcəklərinə necə dözsünlər?

Bütün stereotiplərə baxmayaraq uşaqlar arasında intihar halları yalnız az təminatlı ailələrdə baş vermir. Bəzən isə yüksək təminatlı müvəffəqiyyətli ailənin sevimli övladı da canına qəsd edə bilir.

Lakin bütün bu hadisələr zamanı uşaqların belə gənc yaşda intiharı zamanı minlərlə sual yaranır. Yeniyetmələr dərk edirlərmi ki, bu kədərli addım – sonuncudur? Onların həyatında heç nə olmayacaq, çünki həyatları olmayacaqlarını bilirlərmi? Ərtafdakıların “qiymətləndirmədilər, başa düşmədilər, incitdilər” kimi kədərlərini onlar görməyəcəklər. İntiharı sona qədər anlayırlarmı – bu, hər şeyin sonudur? Onlar öz yaxınlarının kədərini, acısının məsuliyyətini dərk edirlərmi?

Yoxsa özlərinin uydurduğu və ya həqiqət olan bədbəxtliyi və kədərindən bütün bunları görə bilmir? İntihar edənləri eqoist və ya əksinə, onları güclü insan adlandırmaq düzgündürmü?

Bir dəfə kimsə deyib: “16-cı mərtəbədən özünü atanda bütün problemlər xırda görünür. Lakin bir problemdən başqa – sən artıq 16-cı mərtəbədən düşürsən”.

Bu müdrik kəlamın əksinə olaraq digər dərin mənalı ifadə var: “Özünə qəsəd edənlər – yaranmış stereotiplərə baxmayaraq güclü insanlardır. Həyatımda bir hadisə olub ki, fikirlərini təsdiq edə bilərəm. Mən bir qadınla tanış idim. O, çox ağıllı, istedadlı və eleqant idi. Lakin onun başına faciə gəldi və o, hərəkətsiz yaşamağa məhkum oldu. İntiharından bir neçə gün əvvəl mənə bir söz dedi ki, bunu ömürlük yadımda saxladım: “Ağaclar dayanan vəziyyətdə ölürlər”, (Ağabəy Sultanov).

Həqiqətən də insanın qəlbindəki kədər nə dərəcədə acı olmalıdır ki, o, ölümə qədəm qoyaraq həyatını sonlandırsın.

Sui-qəsdlərin səbəbləri

Əlbəttə ki, valideynlər və uşaqlar arasında etibar, sevgi və dostluq məsələsi ilk növbədədir. İndiki dövrdə  bir çox valideynlər günün çox saatını işdə olurlar: ata, ana işləyir və buna görə də onları ittiham etmək çətindir. Nənələr isə nəvələri tərbiyə etməyə razılıq versə də, lakin onlar ata-ananı əvəz etmir. Nəticədə uşaqlar valideynlərini bir neçə saat görməli olurlar. Bu da tam ünsiyyət üçün yetərli olmur.

Bəzi valideynlər elə bilir ki, uşaqları toxdur, geyimləri, cibxərcləri varsa, bazar günləri onlarla kinoya və ya gəzintiyə gedilirsə bununla da hər şey kifayətdir. Lakin bu belə deyil, ola bilər uşaqların problemləri valideynlərini yersiz gəlsə də: hər kəsin kədəri özünəməxsusdur.

Məhz intihar hadisəsində başlıca vasitə etibar və ünsiyyətdir. Axı mahiyyətcə intihar – kədər halıdır, dünyaya özün, öz bədbəxtliyin haqda hayqırtıdır. Ola bilər ki, bu bütün dünya üçün gülünc görünsə də, gəncin özü üçün dünya boyda dərd kimi görünür.

Misal üçün, qəbul imtahanlarından sonra gənc qız və oğlanların intihar etməsini necə adlandırmaq olar? Nəticə etibarilə burada faicəvi heç bir şey yoxdur. Bu il qəbul olmamısan? Gələn il daha yaxşı hazırlaşaraq qəbul ola bilərsən! Bəzən isə bu addıma valideynləri öz övladlarını sürükləyir.

Psixoloqun rəyi

İntihar problemi – hər şeydən əvvəl psixoloji problemdir. Həkim Araz Mənuçöhr-Laleyinin dediyi kimi, hər bir intihar hadisəsinin tam mənzərəsini anlamaq üçün onu hərtərəfli araşdırmaq lazımdır.

Bundan əlavə, problemin obyektiv araşdırılması üçün məktəblərdə uşaqlara normal psixoloji yardım göstərilməlidir. Bu gün Azərbaycanda  savadlı psixoloqları barmaqla saymaq olar. Lakin özünü “pixoloq” adlandıranların sayı gündən-günə artır. Sabah bu “psixoloqlar” öz məsləhətləri ilə nəinki yeniyetməni problemini həll edəcək, hətta onları intiraha da sürükləyəcək.

Həmçinin uşaqda psixi pozuntu halını yalnız mütəxxəsis təyin edə bilər. Hətta ən diqqətcil valideyn belə övladındakı dəyişikliyi anlamayaraq buna “çətin yaşdadır” və ya yorulub deyərək anlamaya bilər.

Artan intihar səbəblərinə məktəblərdə müəllimləri də əlavə etmək olar. Bəzən məktəblərdə işləməyə gələn müəllimlər çox soyuqqanlı olurlar . Bu da uşaqların öz problemləri ilə təkbətək qalmasına səbəb olur.

 

 

 

 

Daha çox göstər
Back to top button