Seyran Ohanyan Riçard Milsi qəbul edib.Onlar erməni-amerikan müdafiə əməkdaşlığı məsələlərini müzakirə etmişlər

ER Müdafiə nazirinin müvəqqəti icraedicisi Seyran Ohanyan sentyabrın 15-də ER-da ABŞ fövqalədə və səlahiyyətli səfiri Riçard Milsi və səfirliyin yeni təyin olunmuş təmsilçisi, polkovnik Bryus Mefini qəbul edib.
Bu haqda ER Müdafiə nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib.
Seyran Ohanyan yeni təyin olunmuş hərbi təmsilçini təbrik edərək ona işdə fəaliyyətiylə bağlı nailiyyətlər diləmişdir.
Müdafiə nazirinin müvəqqəti icraedicisi müdafiə sahəsində erməni-amerikan münasibətlərinin səviyyəsini yüksək qiymətləndirməklə inam bildiribdir ki, polkovnik Bryus Merfi öz həmkarlarıyla iş təcrübəsini bölüşərək onu davam etdirəcəkdir.
Görüş ərzində erməni –amerikan müdafiə əməkdaşlığı sahəsində ikitərəfli maraq irəli sürən bir sıra məsələləri müzakirə ediblər.