İctimaiyyət
Независимая Газета: Azərbaycan ümid edir ki, Roma Papasının səfəri DQ münaqişəsinin nizamlanmasına töhfə verəcək

Bakıda Roma Papası Francisin qarşıdakı səfəri üçün hazırlıq işləri başlayıb.
Независимая Газета Vatikan nümayəndəsi Vladimir Feketinə istinadən xəbər verir ki, Roma Katolik Kilsəsinin başçısı oktyabrın 2-də Azərbaycana gedəcək və bütün dini icmaların nümayəndələri ilə görüşəcək.
Təşkil edilmiş mətbuat konfransında Fekete qeyd etdi ki, Papanın səfəri dünyadakı bütün münaqişələrin həlli üçün böyük impuls olacaq.
Adi azərbaycanlılar ümid edirlər ki, Papanın səfəri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə yeni təkan verəcək.