Siyasət

ABŞ-ın Azərbaycandakı səfiri: “BMT Baş Assambleyası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüş gözlənilir”

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki,  ABŞ ATƏT Minsk Qrupunun həmsədrləri, həmçinin Azərbaycan və Ermənistan hökumətləri ilə münaqişənin həlli istiqamətində çalışır. Bu haqda APA məlumat verib.

Səfir qeyd etdi ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməyib.

Sekuta: “Ötən həftə həmsədrlər Rusiyanın xarici işlər naziri ilə görüşüblər. Həmçinin BMT Baş Assambleyası çərçivəsində görüş gözlənilir. ABŞ bu münaqişənin həllini vacib hesab edir. Biz hesab edirik ki, regionda sabitlik, sülh və rifahın təmin olunması üçün münaqişə tərəfləri bir araya gəlməli və bu istiqamətdə çalışmalıdır”.

Daha çox göstər
Back to top button