BaşlıcaSiyasət

Bişkekdə MDB ölkələri XİN başçıları Şurasının iclası keçiriləcək

Görüş çərçivəsində nazirlər Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin dövlət başçılarının iclasına təqdim olunacaq sənədləri hazırlayıb və razılaşdıracaqlar.

Sentyabrın 16-da Bişkekdə MDB ölkələri Dövlət Başçıları Şurasının iclası baş tutacaq.

Daha əvvəl Qırğızıstan XİN İnteqrasiya Birlikləri Departamentinin direktoru Bolotbek Mukaşyev məlumat verib ki, Xİ nazirləri Şurasının iclasında 16 məsələ müzakirə olunacaq. Xarici işlər nazirləri dövlət başçılarının imzalanması üçün hazırlanmış birgə bəyannamə mətnlərini müzakirə edəcəklər. Xüsusilə MBD 25-ci ildönümü vəsiləsiylə birgə bəyanatı. Bəyanat əməkdaşlığın genilşlənmə planları və bunun nəticələri, o cümlədən cari problemlərin və təhdidlərin qarşısını alması haqqındadır.

MBD Xarici işlər nazirləri həmçinin 2017-2019-cu illərdə xüsusi xidmət orqanlarının terrorla mübarizə proqramını, hüquq-mühafizə orqanlarının 2016-2020-ci illərdə informasiya texnologiyalarının cinayət üçün istifadəyə qarşı programı və 2020-ci ildə MBD ölkələrində siyahıyaalma keçirilmə məsələsini müzakirə ediblər.

Daha çox göstər
Back to top button