Erməni Soyqırımının Muzey-Institutda Türkiyədən turist ziyarətləri müşahidə olunur

ER Milli Elmlər Akademiyasının Erməni Soyqırımının muzey-institutda Türkiyədən turist qruplarının ziyarətləri müşahidə olunur. Bu haqda “Armenpress”-in təşkil etdiyi mətbuat konfransında Erməni Soyqırımının muzey-institutunun direktoru Hayk Demoyan bildirib.
“2005-2009-cu illərdə muzeyə bir türk ziyarətçi olanda bu, böyük hadisə idi. Düşünürdük ki, bunun üçün çox cəsarət lazımdı. İndi isə, belə deyil. Keçmişdə Erməni Soyqırımının muzeyinə yalnız fərdi türklər gəlirdi, indi isə türk turist qrupları ziyarət edirlər. Bu əhəmiyyətli bir faktdır, çünki bu yalnız ermənilərin tarixi deyil, bu həm də Türkiyənin tarixidir”,-deyə Hayk Demoyan bildirib.
Onun sözlərinə görə, bu ziyarətlərin səbəbi muzeydə təşkil edilmiş geniş sərgilərdir. Sərgilərdə o illərdə baş verən tarixi olaylar ətraflı şəkildə nümayiş olunur.