Ekonomika
Azərbaycanda 8 aylıq inflyasiya 10,8%-dir

2016-cı ilin yanvar-avqust aylarında Azərbaycanda inflyasiya 10,8% təşkil edib, Azərbaycan Dövlət Statistika Komitəsi (DSK) bildirib.
Rəsmi məlumatlara görə, 8 ayda ərzaq məhsullarının qiyməti 2015-ci ilin həmin dövrü ilə müqayisədə orta hesabla 12,2%, qeyri-ərzaq malları 15,6%, əhaliyə pullu xidmət 4,9% artıb.
Avqustda deflyasiyanın mövsüm “marş”ı başa çatıb və 0,5%-lik inflyasiya qeydə alınıb. Ərzaq malları 0,6%, qeyri-ərzaq malları 0,5%, əhaliyə xidmət tarifi və qiymətlər 0,4% bahalaşıb.
DSK-nın hesablamalarına görə, avqustda pullu təhsil, hava və dəmir yolu nəqliyyatı üzrə xarici turizm xidmətlərinin tarifləri artıb.