İctimaiyyət

S.Ohanyan: Gələcəyimizi zorakı gücdə deyil, ağıllı müdafiə ilə ölkəmizin təhlükəsizliyini təmin etməsində görürük

ER Müdafiə naziri Seyran Ohanyan sentyabrın 16-da Yerevan Dövlət Universitetinin taləbələri və professor-müəllimləri ilə görüşüb. Bu haqda ER Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

Seyran Ohanyan tələbələrlə belə görüşlərinə əhəmiyyət verərək qeyd etdi ki, təhsil müəssisələrində cəsarət, Silahlı Qüvvələri və hərbi xidmət ilə bağlı müzakirələrin və xatirə tədbirlərin keçirilməsi ordu-cəmiyyət əlaqələrin gwclənməsinə və gənclərin ideoloji və vətənpərvərlik tərbiyəsinin səviyyəsinin qalxmasına  töhfə verəcək.

ER müdafiə siyasətinin xüsusiyyətlərindən danışarkən Seyran Ohanyan vurğuladı ki, ölkənin təhlükəsizliyinin təmin edilməsi və inkişafı üçün ən vacib olanı vətənpərvər tərbiyəsidir və apreldə baş verən hərbi əməliyyatlar yenə də göstəriblər ki, genclərin mənəvi və vətənpərvərlik tərbiyəsi yüksək səviyyədədir.

“Aprel ayında baş verən hərbi əməliyyatlar zamanı çox genclər qəhrəmanlıq zirvəsinə çatıblar. Bu qəhrəmanlardan çoxu bu gün bu zaldadır və biz onlara minnətdarıq. Onlar o qəhrəmanlardır ki, orduda öz xidmətindən sonra öyrənməyə və təhsil almağa davam edirlər, çünki biz gələcəyimizi zorakı gücdə deyil, ağıllı müdafiə ilə ölkəmizin təhlükəsizliyini təmin etməsində görürük”,-deyə Seyran Ohanyan qeyd etdi.

Daha çox göstər
Back to top button