Şuşi şəhərində “Artsax Etnofest” adlı ilk beynəlxalq festivalında bir çox ölkədən gələn aşpazlar iştirak edirlər

DQR Mədəniyyət və Gənclər İşlər üzrə Nazirliyinin təşəbbüsü ilə Şuşidəki “İsahak bulağı” istirahət zonasına bir sıra ölkələrdən gələn aparıcı aşpazların iştirakı ilə “Artsax Etnofest” adlı ilk beynəlxalq festivalı təşkil edildi.
“Armenpress”-in müxbiri ilə müsahibədə DQR Mədəniyyət və Gənclər İşlər üzrə naziri Narine Ağabekyan qeyd etdi ki, mədəni kimliyinin qorunması, milli və ənənəvi dəyərlərin sevdirilmesi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi siyasəti çərçivəsində yeni “Artsax Etnofest” beynəlxalq proqrama start verilib.
“Artsax Etnofest” beynəlxalq festivaldır və müxtəlif ölkələrdən gələn nümayəndələrin iştirakı ilə hər il Artsaxda keçiriləcək. Hər festivalın öz başlığı olacaq və beləliklə hər dəfə milli mədəniyyətimizin bir qismi təmsil ediləcək. Bu ildə festival “Ölkənin dadı” adlandırıldı və müxtəlif ölkələrin milli mətbəxləri təmsil edilir. Festivalda həm bacarıqlı aşpazlar, həm də müxtəlif pəşə sahibləri iştirak edirlər”,-deyə N.Ağabekyan bildirib.
Festivala Fransa, Rumıniya, Moldova, Cənubi Koreya, Suriya, Gürcüstan, Ermənistan və Arsax nümayəndələri qatılıblar.