Beynəlxalq

Əliyev Qəddafi və Mübarəkin yolu ilə gedir: Musavat partiyası mitinq keçirib

“İlham Əliyev xalqı öz əmanətlərini manatla saxlamağa çağırışlarını utancla xatırlayır. O, Azərbaycanın neftin qiymətinin enməsilə bağlı problem yaşamaması barədə vədlərini unudub”, – Müsavat Partiyasının lideri Arif Hacılı bildirib.

Bu haqda Contact.az yazır.

Əliyevin uğursuz iqtisadi  siyasəti göstərdi ki, o, həyatın reallıqlarını anlamayan səriştəsiz adamdır.
Siyasi sistemdə də vəziyyət eynidir. Nəinki strategiya, baş verənləri elementar anlamaq belə yoxdur.
İslahatlardan və müxalifətlə dialoqdan imtina edən hakimiyyət faktiki olaraq öz barəsində hökm verib, çünki sonsuzadək hakimiyyəti polis gücü ilə qəsb etmək mümkün deyil.

“Onlar hətta Konstitusiyaya dəyişikliklərin nəyə görə lazım olduğunu öz vətəndaşlarına izah etməyə qadir deyil. İndiyədək heç kim bununla bağlı açıqlama verməyib. Hakimiyyət vəziyyəti adekvat dəyərləndirmək qabiliyyətini itirib və güman edir ki, burada da ikinci Şimali Koreya yaratmaq və ölkəni eyni üsulla idarə etmək olar. Biz bunu istəmirik!
Biz başqa həyata layiqik və hökumətdən hesabat tələb edirik. Biz islahatların aparılmasını, hüquq və azadlıqların təmin olunmasını tələb edirik və buna nail olacağıq”, – A.Hacılı vurğulayıb.

Sonda o, Milli Şura ilə səylərin birləşdirilməsinə tərəfdar olduğunu bildirib və sentyabrın 24-də bütün müxalifət qüvvələrinin birgə mitinqinin keçirilməsinə çağırıb. Onun təklifi mitinqçilər tərəfindən coşqu və alqışlarla qarşılanıb.
Aksiyanın sonunda mitinqin qətnaməsi oxunub. Qətnamədə aşağıdakı tələblər irəli sürülür: 26 sentyabr referendumunun ləğvi, bütün siyasi məhbusların azad edilməsi, sosial problemlərin həlli, sahibkarlar üçün normal şəraitin yaradılması.

“Əliyev Qəddafi və Mübarəkin yolu ilə gedir. Onlar da monarxist avtoritar rejim formalaşdırmışdılar, vəzifəyə öz övladlarını və qohumlarını təyin edirdilər. Polis dövləti formalaşdıraraq öz gələcəklərini təmin etdiklərini düşünürdülər.

Ancaq tarix bunun əksini göstərdi. Tarixdən ibrət almayan İlham Əliyev başa düşməlidir ki, onu da belə gələcək gözləyir”, – L1-8 Hərəkatının lideri  Ruslan İzzətli bildirib.

O, rayonlardan Bakıya mitinqə gəlmək istəyən müxalifət fəallarının saxlanması ilə  bağlı çoxsaylı faktlar açıqlayıb.

 

Daha çox göstər
Back to top button