Beynəlxalq

Azərbaycanda gənc fəalı ölkədən çıxışına icazə verilməyib

Bloqqer, gənc fəal Bəxtiyar Hacıyev sentyabrın 18-dən 19-na keçən gecə Polşaya getmək istəyərkən aeroportda saxlanılıb və geri qaytarılıb.

Bu haqa Azadlıq Radiosuna elə B.Hacıyevin özü məlumat verib.

«Ölkədən çıxışıma qadağa olduğunu dedilər. Hər hansı izah verilmir. Bunun hansı orqan və kim tərəfindən edildiyi bildirilmir. Hava limanında olanda danışıqlardan, jestlərdən belə başa düşdüm ki, konkret hansısa orqanın mənə qarşı qoyduğu qadağadır. Başqa mənbələrdən aldığım informasiyalara görə, bu orqan Daxili İşlər Nazirliyidir»,-deyə o qeyd edib.

Məsələyə Azərbaycan Daxili İşlər Nazirliyindən münasibət öyrənmək, hələlik, mümkün olmayıb.

 

Daha çox göstər
Back to top button