Siyasət

Ermənistan-İran ikitərəfli münasibətlərin inkişafına dair məsələlər müzakirə ediblər

Tehranda ER və İİR Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Ermənistan nümayəndə heyətini ER xarici işlər nazirinin müavini Şavarş Koçaryan, İranın isə, İİR xarici işlər nazirinin Asiya, Okeaniya və MDB məsələləri üzrə müavini İbrahim Rəhimpur başçılıq etdi.

Bu haqda ER Xarici İşlər Nazirliyinin Mətbuat, İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Görüşdə hüquqi, mədəni, humanitar sahələrdə və beynəlxalq təşkilatların çərçivəsində əməkdaşlıqla bağlı məsəslələri müzakirə edilib. ER xarici işlər nazirinin müavini Şavarş Koçaryan İran xarici işlər nazirinin müavini Morteza Sarmadi ilə də görüşüb.

Görüş zamanı tərəflər üçün qarşılıqlı maraq doğuran məsələlərə və gələcək planlarına dair müzakirələr keçirilib.

Daha çox göstər
Back to top button