
Rusiyanın məşhur “Regnum” xəbər agentliyi yazır Ermənistanın aldığı “İskəndər” əməliyyat-taktiki raket kompleksləri haqqında maraqlı məqələ dərc edib. Məqələnin tərcüməsini təqdim edirik:
Sentyabrın 16-da Yerevanda Ermənistanın müstəqilliyinin 25 illiyinə həsr edilmiş paradın məşqi keçirilib. Paradın özü isə artıq tezliklə – sentyabrın 21-də olacaq. Məşq olduqca maraqlı çıxıb – yoldan keçənlərin Ermənistan ordusunun silahlanmasına daxil olmuş sarsıdıcı yenilikləri video və fotokameralara çəkməyi sayəsində. Bu texnikanın böyük hissəsi 200 milyon dollar güzəştli kredit çərçivəsində son bir neçə ayda Rusiyadan tədarük olunub. Ermənistanın hansı hərbi texnikanı aldığı və bunun bölgədə qüvvələr balansına necə təsir edəcəyini nəzərdən kerçirək.
Ermənistan- Rusiyadan sonra dünyada ilk ölkədir ki, “İskəndər” əməliyyat-taktiki raket kompleksləri əldə etdi.
Məşqdə ən müasir “İskəndər” əməliyyat-taktiki raket kompleksinin (ƏTRK) iştirakı başlıca hadisə olub. “İskəndər”-lərin Ermənistanda ola biləcyi haqda məlumatı ilk dəfə 2013-cü ildə “REGNİM” İA yayıb, lakin o vaxt söhbət onun Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasına tədarükündən gedirdi. Amma bundan sonra hadisələr başqa bir ssenari ilə getdi – raketləri Ermənistan əldə edib: çox güman ki, müqavilə 2014-cü ildə imzalanıb, tədarük isə 2015-ci ildə başlanıb.
Yəni sövdələşmənin sözügedən güzəştli kreditə dəxli yoxdur. Ermənistan Rusiyanın bu ƏTRK-i satmağa razılaşdığı ilk ölkə olub. Səudiyyə Ərəbistanı artıq bir neçə ildir ki, “İskəndər”-i əldə etməyə cəhd edir, lakin dəfələrlə bəyanat verilib ki, kompleks heç kimə tədarük edilməyəcək. İndiki halda ən yaxın müttəfiq üçün istisna edilıib.
“İskəndər” ƏTRK-əm gəlincə, çox ehtimal ki, ixracat konfiqurasiyasında tədarük olunub – onun ən uzaq buraxılış mənzili 500 km-dən 280-300 km-ə endirilib, çünki 300 km-dən çox uçan raketlərin ixracatı beynəlxalq müqavilələrlə qadağan olunub. Buna baxmayaraq, bu, Ermənistanla bağlı halda çox da aktual deyil, çünki 300 km-lik məsafə mümkün əsas düşmənin – Azərbaycanın praktik olaraq istənilən hədəfini vurmağa tam yetərlidir.
Ən yüksək dəqiqlik (istifadə edilən tuşlama sistemindən asılı olaraq yuvarlaq mümkün sapma 10-30 metr təşkil edir), hava və raket sistemlərindən tam müdafiə istənilən hədəfi zəmanətli şəkildə məhv etməyə imkan verir. Ermənistan tərəfinin əlindəki bu cür imkan Azərbaycan rəhbərliyinin başı üzərində “Demokl qılıncı” kimi asılacaq: Dağlıq Qarabağda tammiqyaslı müharibənin törədilməsi əsas qərargahların və bəlkə də, ən mühüm infrastruktur, o cümlədən neft-qaz obyektlərinin məhv edilməsi ilə nəticələnər. Özü də ölkənin istənilən nöqtəsində. Azərbaycan ordusunun yüksək komandanlığı da özünü təhlükəsizlikdə hiss edə bilməz. Bu mənada ƏTRK tədarükü sülhməramlı missiyaya malikdir – müharibənin təzələnməsi ehtimalını güclü şəkildə azaldır.
Məlumdur ki, 200 milyon dollarlıq güzəştli kredit çərçivəsində hərbi müqavilələr bu yayda imzalanıb. Paradın məşqində görə bildiyimiz kimi, əvvəllər yayılmış ilkin siyahı ilə müqayisədə dəyişikliklər var. Texnikanın uyğun siyahısından yalnız “Smerç” ağır reaktiv yaylım atəşi sistemləri göstərilmişdi. “İnfauna” və R-325U radioelektron mübarizə (REM) sistemləri isə gözlənilməzlik olub – bunlar həmin siyahıda yox idi. Texnikanın müəyyən hissəsini isə ya tədarük etməyə çatdırmayıblar, ya da sonrakı məşqlərdə və yaxud paradın özündə ortalığa çıxacaq: tırtıllı texnika üçün iki boş yedəkçi tamamilə ondan xəbər verə bilər ki, onlarda TOS-1A “Солнцепек” reaktiv atəş sistemləri yerləşdiriləcək. Həmçinin “Avtobaza” passiv radiotexniki kəşfiyyat sisteminin gələcəyini gözləmək olar.
“Smerç” sisteminin Ermənistana tədarükü ağır RYAS (raket yaylım atəş sistemi.) sahəsində tarazlığın bərpa edilməsi mənasında önəmlidir: Azərbaycanın əvvəllər hiss olunacaq üstünlüyü var idi. Çünki Yerevanın cəmi 4-8 vahid Çin RYAS WM-80 var idi, Bakı isə 30 vahid “Smerç”ə güvənə bilərdi. Bu cür durum Dağlıq Qarabağ və Ermənistanın mülki infrastrukturu və yaşayış məntəqələri üçün təhlükə idi. İndi isə fərq xeyli azalır və bu, Azərbaycanın mümkun aqressiyalarını əngəlləyən daha bir faktordur.
“İnfauna” REM-ə gəlincə, bu, Rusiyada həmin sinifdən ən müasir və mükəmməl sistemlərdən biridir. O, silahlanmaya 2012-ci ildə qəbul edilib. PDM-80-in bazasında yerləşdirilən bu REM kompleksinin funksiyası çox genişdir – pilotsuz uçuş aparatı ilə mübarizə, düşmənin rabitə sisteminin, radiopartladıcı qurğuların izlənməsi və sıradan çıxardılması üçün istifadə etmək olar. Bundan başqa, “İnfaun”da tank əleyhinə qumbaraatandan atəşi aşkarlamağa və avtomatik olaraq ona tərəf tüstü layı byraxmağa imkan verən çoxlu videokamera var.
R-325U sistemi isə idarə etmənin radiorabitə əməliyyat-taktiki və əməliyyat halqasını sudurmağı təmin edir. Bu cür yüksək texnologiyalı silahlar öndəki birləşmələri rabitəsiz qoyub düşmən qüvvəllərin koordinasiyasını hissolunacaq dərəcədə pozmağa qabildir.
Ermənistan ordusunda daha bir yenilik “Buk” zenit-raket kompleksidir (ZRK). Fotoşəkillərə əsasən, ya ən mükəmməl modifikasiya “Buk-M2”, ya da bir qədər daha köhnə “Buk-M1-2” tədarük olunub. Hər iki kompleks 45 km-ədək məsafədəki və 25 km hündürlükdəki hava hədəfləri ilə mübarizə aparmağı bacarır. O, həm də qoşunları qorumaq üçün nəzərdə tutulub – tırtıllı platforma onu zirehli dəstənin tərkibində istifadə etməyə imkan verir. Bu sistem, ən azı, uzaqmənzilli 5 divizya S-300PT-1 və S-300PS ZRK malik olan Ermənistanın onsuz da olduqca tutumlu RƏM sistemini gücləndirəcək. Azərbaycan-Qarabağ münaqişə zonasında aviasiyadan əvvələr istifadə etmək praktik olaraq mümkün deyildi (bunu 4 günlük aprel müharibəsi də göstərdi). Ermənistan HHM bu getişatla təmin olunsa, onda Türkiyənin aviasiyası üçün çətin olacaq.
Tamamilə ağlabatandır ki, “Buk” ZRK-nin bir qismi Ermənistana bu yaxınlarda qüvvəyə minmiş Rusiya ilə vahid HHM sistemi çərçivəsində verilib. Bu cür yanaşma Rusiyada əvvəllər də praktikadan keçirilib – Belarus və Qazaxıstan da pulsuz ZRK alıb.