Sentyabrın 21-də Moskvada erməni mallarının “Qızıl nar” hər illik yarmarkası keçiriləcək

Sentyabrın 21-də Moskvanın mərkəzi İnqlab meydanında erməni mallarının və erməni istehsalı mallarının “Qızıl nar” hər illik yarmarkası keçiriləcək.
RF Xarici iqtisadiyyat və beynəlxalq əlaqələr üzrə departamentinin mətbuat xidmətindən verilən məlumata görə, həmin gün Moskvada erməni-rus humanitar konfransı keçiriləcək.
“ Orada departamentin rəhbəri Serqey Çeryomin, RF –da Ermənistan Respublikasının fövqalədə və səlahiyyətli səfiri Oleq Yesayan iştirak edəcəklər”-deyərək mətbuat xidmətindən bildirilib.
Bayram yarmarkasına gedənlər bayram konsertinin tamaşaçıları olacaqlar. Gözlənildiyinə görə,”Hayordik”,”Lyubaşa”,”Ani”,”Ermənistan çiçəkləri” ansamblları, həm də Moskvanın erməni teatrının çıxışları olacaq.
“Qızıl nar” yarmarkasında hansı ki, İnqlab meydanında sentyabrın 25-ə kimi davam oluncaqdır, Ermənistandan aparılan mallar, zərgarlıq və suvenir əşyaları, xalq incəsənətinin yaradıcılıqları nümayiş olunacaq.
Yarmarkanın qonaqları erməni musiqi alətləriylə dudukla, kamançayla, zurnayla, dəfin tarixiylə tanış olacaqlar.
Ziyarətçilərə “Berd və Yarxuşta” köçəri rəqsini öyrədəcəklər.
“Voske nur” birinci yarmarka 2005-ci ildə Moskvada təşkil olunub.Tədbir Rusiya və Ermənistanın paytaxtları arasında əməkdaşlıq proqramının çərçivələrində keçirilib.
Məqsəd, ikitərəfli ticari-iqtisadi və mədəniyyət humanitar əlaqələrinin möhkəmləndirilməsi və inkişafıdır.Bu haqda TASS məlumatlandırıb.