BaşlıcaTəhlil

“Vedomosti” : Ermənistan ordusu 1 divizion “İskəndər” aldı

Rusiya hərbi-müdafiə kompleksinin iki meneceri “İskəndər” kompleksinin biri divizion şəklində erməni ordusuna verildiyini təsdiqləyib. Kompleksin “Rosoboroneksport”a heç bir aidiyyəti yoxdur. Belə ki, silahlar KTMT-nin silah tədarükü ilə bağlı bağlanan müqavilələr çərçivəsində gətirilib.

Qeyd edək ki, keçən ilin sonu Ermənistanın Rusiyadan 200 milyon dollarlıq silah alması barədə rəsmi məlumat getmişdi. Lakin “İskəndər” kompleksinin adı bu sənəddə keçmirdi. Hərbi-sənaye müəssisəsinin menecerinin sözlərinə görə, “İskəndər”in alınması bu kreditlər cəlb olunmadan gerçəkləşdirilib.

Rusiyanın Ehtiyatda olan polkovniki Viktor Muraxovskinin sözlərinə görə, “İskəndər” kompleksinin minimal 4 raket buraxılış qurğulu divizion ola bilər. Ekspert deyir ki, ehtimal etmək olar ki, Ermənistana bu sayda silah verilib. Raketlər fuqas və kaset bombaları ilə təchiz oluna bilər. Komanda mərkəzlərinin, artilleriya mövqelərinin vurulması üçün effektiv vasitədir.

Bu səbəbdən Ermənistan ordusu “İskəndər” raketlərini almaqda maraqlıdır.

“Vedemosti”nin müsahibin sözlərinə görə, “İskəndər” kompleksinin Ermənistana verilməsi Azərbaycan tərəfini müharibədən çəkindirəcək.

ER müdafiə naziri Seyran Ohanyan 2014 ildə bəyan etmişdi ki, Ermənistan Silahlı Qüvvələri yeni üzünmınzilli zenit-raketləri ilə təmin olunacaq.  Hələ 2013-də Azadlıq radiosu bildirmişdi ki Ermənistanda “İskınder” tipli  kompleklər mövcudur.  Lakin bu haqda rəsmi məlumat yox idi.

Daha çox göstər
Back to top button