2016-cı ildə Azərbaycan Mərkəzi Bankı 4 milyard 117 milyon dollar itirəcək

Beynəlxalq Valyuta Fondu 2016-cı ildə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlatının 17,9% – 4 milyard 117 milyon dollara qədər azalmasını proqnozlaşdırır.
Fondun proqnozlarına görə, 2016-cı ildə AMB-nin valyuta ehtiyatlarının azalması tensdensiyası qalacaq.
2015-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları 5 milyard 17 milyon dollar təşkil edib və ötən il ərzində ehtiyatlar 2,7 dəfə azalıb.
Fondun qiymətləndirmələrinə əsasən, 2017-ci ildən AMB-nin valyuta ehtiyatlarının artımı başlayacaq.
Bununla belə, Fond orta müddətli perspektivdə bu artımın illik 0,5 milyard təşkil edəcəyini gözləyir.
Xüsusilə,proqnozlara görə, 2018-ci ilədək AMB-nin ehtiyatları 4 milyard 617 milyon dollara, 2019-ci ilə qədər – 5 milyard 117 milyon dollara, 2020-ci il qədər – 5 milyard 617 milyona, 2021-ci ilədək – 6 milyard 117 milyon dollara çatacaq.
Xəbər verildiyi kimi, 1 sentyabr 2016-cı il tarixinə AMB-nin valyuta ehtiyatları 4 milyard192,5 milyon dollar təşkil edir və 8 ay ərzində 16,4% azalıb.