İctimaiyyət

Afinada ER və DQR müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Afinadakı “Anna və Maria Kaluta” teatrında sentyabrın 18-də Ermənistanın və Artsaxın müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbiri Yunanıstan erməni icması təşkil etdi.

ER Xarici İşlər Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin verdiyi məlumata görə, tədbirdə yunan və erməni icmaların və dini təşkilatların rəhbərləri, sosial, təhsil, mədəni və siyasi dairələrin nümayəndələri və jurnalistlər iştirak ediblər. Daşnaksütyun bürosunun üzvü Kiro Manoyan əsas natiq idi.

Yunanıstandakı ER səfiri Fadey Çaroğlyan öz çıxışında son 25 il ərzində Ermənistan və Artsaxın nailiyyətlərinə də toxundu. Səfir Azərbaycan tərəfindən aprel ayında Artsaxa qarşı başlatmış hərbi əməliyyatlar və nəticələrin aradan qaldırılma addımlarını təqdim etdi.

Tədbirdə Ümummilli “Hakob Papazyan” xoru və “Nairi”, “Nanür” rəqs qrupları da çıxış ediblər.

Daha çox göstər
Back to top button