
ABŞ dövlət katibi Con Kerri Prezident Barak Obama və şəxsən öz adından Ermənistanın müstəqilliyinin 25-ci ildönümü münəsibəti ilə erməni xalqını təbrik etdi.
ABŞ Dövlət Departamentinin rəsmi saytının verdiyi məlumata görə, Con Kerrinin məktubunda deyilir:
“Prezident Obama və Amerika xalqı adından Ermənistan xalqını senytabırın 21-də qeyd olunan müstəqillik günü münəsibətilə təbrik etmək istəyirəm.
Birləşmiş Ştatlar Ermənistanla isti əlaqələrinə böyük əhəmiyyət verir. Keçən 25 il ərzində Ermənistan ciddi irəliləyiş əldə etdi və mənim hökümətim, ikitərəfli inkişaf, demokratik qurumların möhkəmlənməsi, qanunların aliliyi və reqonal sülhünü dəstəkləməklə sizinlə sıx əməkdaşlığı davam etdirməyi nəzərdə tutur.
Biz Ermənistanın beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi davamlı dəstəyini, Suriya qaçqınları böhranının həll etməsində qabağcıl rolunu yüksək qiymatlındirik. Biz həm də Birləşmiş Ştatlarında yaşayan etibarlı erməni icmasının varlığını da yüksək dəyərləndiririk.
Bu özəl münəsibəti ilə ən yaxşı arzularımı erməni xalqına çatdırır əmin-amanlıq və çiçəklənmə arzulayıram.”