Siyasət

Ermənistan və İran əlaqələrin genişləndirilməsinin lazım olduğunu vurğuladılar

İran xarici işlər nazirinin müavini Morteza Sarmadi Tehrandakı erməni partnyoru Şavarş Koçaryan ilə görüş zamanı Ermənistan ilə enerji, nəqliyyat və digər sahələrdə əlaqələrini genişləndirməsində İranın hazır olduğunu bildirib. Bu haqda İranın “İrna” xəbər agentliyi məlumat yayıb.

Sarmadi ümid edir ki, cari regional münaqişələr yaxın zamanlarda sülh yolu ilə həll olunacaklar.

Sarmadi rəsmi Tehran və Yerevan arasında yaxşı münasibətlərin olduğunu vurğulayaraq, qeyd etdi ki, “İran Ermənistan ilə enerji, nəqliyyat və digər sahələrdə əlaqələrini genişləndirməsinə hazırdır”.

O əlavə etdi ki, regionda sülh və sabitliyin bərpası bütün ölkələr üçün vacibdir və cari regional problemlər yaxında sülh və dialoq you ilə həll ediləcəklər.

ER xarici işlər nazirinin müavini Şavarş Koçaryan isə, İran ilə dostluq münasibətlərinin hazırkı səviyyəsindən məmnuniyyətini dilə gətirərək qonşu ölkə ilə bir çox sahələrdə əlaqələrin enişləndirməsini alqışladı.

“Ümid edirəm ki, iki ölkə arasında münasibətləri müxtəlif sahələrdə daha da inkişaf olacaklar”,-deyə Koçaryan bildirib.

Daha çox göstər
Back to top button