Ekonomika
“İqtisadi Azadlıq İndeksi – 2016”-da Ermənistan yalnız Azərbaycan və Türkiyəni deyil, aparıcı ölkələri də qabaqladı

Ermənistan Kanada “Fraser Institute” tədqiqat və təhsil təşkilatının nəşr etdiyi “İqtisadi Azadlıq İndeksi – 2016″ adlı hesabatda Azərbaycanı qabaqlayıb.
Hesabatda Ermənistan dünyanın 159 ölkəsi arasında18-ci yeri tutub, Azərbaycan isə, 170-ci yerdedir. Bundan əlavə, İqtisadi azadlıq sahəsində Ermənistan 90-cı yerdə olan Türkiyəni və 150-ci yerdə qərarlaşan İranı qabaqlayıb. Gürcüstan isə, 5-ci yeri tutub.
Hesabatda Honkonq, Sinqapur, Yeni Zelandiya, İsveçrə başçılıq edirlər. İlk onluğa Kanada, İrlandiya, Mavrikiya, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya və Böyük Britaniya daxildir.