İran Ermənistanın vasitəsiylə öz rolunu Avrasiya İqtisadiyyat İttifaqında yüksəltmək istəyir
İran Ermənistanın vasitəsiylə öz rolunu Avrasiya İqtisadiyyat İttifaqında yüksəltmək istəyir.Bu məsələdə İran Ermənistanın yardımını ehtimal edir.
“ Ermənistan böyük bazarlara doğru bir körpüdür” mövzusuyla
İqtisadiyyat konfransının başlanmasından əvvəl jurnalistlərlə söhbətində bu haqda Ermənistanda İİR fövqalədə və səlahiyyətli səfiri Seyid Kazım Sacadi bəyan edib.
“ İndi iranlı investorlar və biznesmenlər Ermənistana doğru aktiv səfərlər edirlər və biz gərək yardım edək ki, erməni işgüzarları və investorları eyni aktivliklə İrana səfərlər etsinlər.
Ona görə ki, iqtisadiyyat sahəsində qarşılıqlı işgüzarlığı dərinləşdirməyə böyük potensial var.
Ermənistan Avrasiya İqtisadiyyatı İttifaqının üzvü kimi Avrasiya İqtisadiyyat İttifaqına üzv ölkələrin bazarında İranın rolunu artıra bilər.
Belə ki, Ermənistan mövcud maneələri aradan qaldıra bilər”-deyərək o qeyd edib.
Müxtəlif sahələrdə erməni-iran əməkdaşlığına geri dönməklə səfir qeyd etdi ki, Ermənistanı müxtəlif sahələrdə əməkdaşlığın imkanlarına dair məlumatlandırmışlar. Onun sözlərincə, əməkdaşlıq üçün mədəniyyət, iqtisadiyyat, dəhliz sahəsində böyük imkanlar var.
İran isə böyük Şimal -Cənub yolunun dəhlizinə doğru marağı çoxdur.
Səfir İran və Ermənistanın siyasi əməkdaşlığı səviyyəsini olduqca yüksək qiymətləndirib.