Nalbandyan Avstriyanın Xİ nazirinə DQ nizamlanmasına istiqamətlənmiş Ermənistanın səylərini təqdim edib

İşgüzar səfərlə Nyu-yorkda olan Xİ nazirinin müvəqqəti icraedicisi Edvard Nalbandyan sentyabrın 19-da Avstriyanın Xİ naziri Sebastian Kuts ilə görüşüb.
Bu haqda Xİ nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib.
Edvard Nalbandyan və Sebastian Kuts müxtəlif məsələlər ətrafında fikir mübadiləsini aparmışlar,əməkdaşlığı genişləndirmək, beynəlxalq strukturlar çərçivələrində qarşılıqlı işgüzarlığı dərinləşdirməklə əlaqədar müzakirələr etdilər.
2017-ci ildə ATƏT-də Avstriyanın sədrliyinə hazırlıq kontekstində Sebastian Kuts Edvard Nalbandyana Avstriyanın önəmliklərini və onların həyata keçirilməsi məqsədiylə planlaşdırılan addımları təqdim edib.
Avstriyanın Xİ nazirinin xahişiylə Edvard Nalbandyan Qarabağ əsas məsələsinin dinc nizamlanmasını irəliyə aparmaq istiqamətində ATƏT MQ həmsədrlərinin və Ermənistanın səyləri barədə informasiyalar verdi.